15 
Sen
2025
10:22
201

Baş nazir yeni tədris ili münasibətilə şagirdləri, tələbələri və müəllimləri təbrik edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  yeni tədris ilinin başlanması ilə bağlı təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə o sosial şəbəkə üzərindən paylaşım edib.

“Əziz şagirdlər, tələbələr, hörmətli müəllimlər və valideynlər, sizi yeni tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm  Xüsusilə də bu il ilk dəfə məktəb və ya universitetin qapısını açan gəncləri ürəkdən təbrik edirəm. Bu, həyatınızın ən məsuliyyətli və maraqlı mərhələlərindən biridir”, – deyə hökumət başçısı bildirib.

Kobaxidzenin sözlərinə görə, təhsil prosesi tənqidi düşüncə qabiliyyətinin inkişafı, şəxsi imkanların dərk edilməsi və ləyaqətli vətəndaş kimi formalaşma yoludur. O, müəllim və professorlara gənc nəslin yetişdirilməsindəki fədakar əməyinə, valideynlərə isə dəstək və qayğıya görə təşəkkür edib.

Baş nazir vurğulayıb ki, müasir dünyanın çağırışları fonunda keyfiyyətli təhsil ölkənin birliyi, inkişafı və gücünün əsas dayağıdır:

“Buna görə də, təhsilin dəstəklənməsi hökumətimizin ən mühüm prioritetlərindən biri olaraq qalır. Maraqlı və uğurlarla dolu yeni tədris ili arzulayıram”, – deyə Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər