Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

DİN Elene Xoştariyanın saxlanılması ilə bağlı bəyanat yaydı

395
DİN Elene Xoştariyanın saxlanılması ilə bağlı bəyanat yaydı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyi “Dəyişikliklər üçün koalisiya”nın liderlərindən biri olan Elene Xoştariyanın saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

Daxili İşlər Nazirliyi “Dəyişikliklər üçün koalisiya”nın liderlərindən biri olan Elene Xoştariyanın saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

InterPress.ge xəbər verir ki, Nazirliyin açıqlamasına görə, məsələ “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi meri və merliyə namizədi Kaxa Kaladzenin seçki banerinin zədələnməsi faktı ilə bağlıdır.

“DİN əməkdaşları əmlakı zədələməkdə ittiham olunan, 1979-cu il təvəllüdlü Elene Xoştariyanı saxlayıblar. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs cari ilin 14 sentyabrında Tbilisidə, Melikişvili prospektində ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ın merliyə namizədinin seçki banerini zədələyib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə istintaq aparılır ki, bu da əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – deyə açıqlamada bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →