16 
Sen
2025
14:01
375

Azyaşlıya qarşı zorakılıq edən qadına qarşı ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu tanınmış armrestinqçi  Xatiya Viblianiyə yetkinlik yaşına çatmayan şəxsin döyülməsi faktı üzrə rəsmi ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, ittiham iki ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, cari ilin 11 sentyabrında Tbilisidə, mağazalardan birində, Vibliani azyaşlını fiziki zorakılığa məruz qoyub. Daha sonra o, mağazanın yaxınlığında da fiziki təzyiq göstərməyə davam edib.

Vibliani barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb (yetkinlik yaşına çatmayan şəxsə qarşı əvvəlcədən bilə-bilə zorakılıq törətmə, fiziki ağrıya səbəb olan, lakin sağlamlığa ağır zərər vurmayan döymə).

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.

Bizimlə əlaqə saxlayın