18 
Sen
2025
19:18
369

Baş nazir: "Rəqiblərimiz xalqla yox, kənar şəxslərlə, məmurlarla işləyir, onlara pul xərcləyirlər"

"Bizim opponentlərimiz xalqla yox, kənar şəxslərlə, məmurlarla işləyir, onlara pul xərcləyirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistin “Fara”nın “Milli Hərəkat”la Amerika hüquq firması arasında müqaviləni dərc etməsi ilə bağlı sualına cavabında bildirib.

İrakli Kobaxidzenin fikrincə, müxalifət gürcü xalqının diqqətini cəlb etmək üçün bu qədər pul xərcləsəydi, həm seçkilərdə, həm də küçələrdə bir az daha yaxşı nəticələr əldə edərdi.

"Amma bunun əvəzinə hansısa xarici məmurun könlünü almaq üçün kənar lobbiçilərə pul xərcləyirlər. Dövlət siyasəti belə aparılmır. Biz çalışırıq, xalqla ünsiyyətdə oluruq, xalq üçün, cəmiyyət üçün işlər görürük və buna uyğun olaraq bütün bunlar xalqın dəstəyində, o cümlədən seçkilərdə də özünü göstərəcək. Eyni zamanda bizim opponentlərimiz xalqla deyil, xarici şəxslərlə, məmurlarla işləyir, onlara pul xərcləyirlər. Bu yolla uğur qazana bilməyəcəklər", - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın