Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Silah və külli miqdarda narkotik ələ keçirilib – iki nəfər saxlanılıb

390
 Silah və külli miqdarda narkotik ələ keçirilib – iki nəfər saxlanılıb
Dinləmək üçün basın

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü T.T. və əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü A.B. külli miqdarda narkotik…

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü T.T. və əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü A.B. külli miqdarda narkotik tərkibli bitkinin qrup halında qanunsuz əkilməsi, becərilməsi və kultivasiyası, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, qrup halında satışına yardım göstərilməsi, həmçinin odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınmasında təqsirləndirilərək saxlanılıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN)  məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayətlər 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Axtarış tədbirləri zamanı şübhəlilərin üzərindən, avtomobilindən və evlərindən, həmçinin müxtəlif yerlərdə gizlədilən 10 ədəd qablaşdırılmış narkotik vasitə, narkotik tərkibli 15 ədəd “kannabis” bitkisi, 2 tapança, daraq və 14 güllə maddi sübut kimi götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar – yapışqan lentlər, polietilen paketlər və elektron tərəzi də müsadirə olunub.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260, 260-1, 265 və 236-cı maddələri ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →