Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sabah Azərbaycana dəstək aksiyası keçiriləcək

1,756
Sabah Azərbaycana dəstək aksiyası keçiriləcək
Dinləmək üçün basın

Sabah Tbilisidə Azərbaycana dəstək aksiyası keçiriləcək. InterPress . ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Kənan Babayev məlumat verib. Kənan Babayev qeyd edib ki, aksiya 28 sentyabr saat 14:00-da Heydər…

Sabah Tbilisidə Azərbaycana dəstək aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Kənan Babayev məlumat verib.

Kənan Babayev qeyd edib ki, aksiya 28 sentyabr saat 14:00-da Heydər Əliyev parkında başlayacaq.

"Sabah saat 14:00-da Tbilisidə yerləşən Heydər Əliyev parkında yığışacağıq və daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısına qədər yürüş edəcəyik. Aksiya tamami ilə dinc şəkildə keçəcək. Aksiyanın məqsədi Azərbaycan və Ermənistan arasında baş verən qızğın müharibədə Azərbaycan dövlətinə və əsgərinə dəstək olmaqdır", - deyə təşkilatçı bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamaya görə, bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrinə iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Ordusunun komandanlığı tərəfindən Azərbaycan qoşunlarının bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →