Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Hədə-qorxu və psixoloji təzyiq - Marneulidə döyülən azyaşlının anası deyir ki, ifadəsini dəyişməyə məcbur olublar

1,993
Hədə-qorxu və psixoloji təzyiq - Marneulidə döyülən azyaşlının anası deyir ki, ifadəsini dəyişməyə məcbur olublar
Dinləmək üçün basın

Marneulidə azyaşlıya qarşı zorakılıq hadisəsi ilə bağlı yeni iddialar səslənib.

InterPress.ge xəbər verir ki, zərərçəkmiş yeniyetmənin anasının sözlərinə görə, polis onun ifadəsini hədə-qorxu altında dəyişdirib və məcbur edib ki, yazılı şəkildə heç bir iradı olmadığını təsdiqləsin.

“Döyülən oğlumun saxlanılan şəxsə qarşı heç bir iddiası olmadığı barədə mənə sənəd imzalatdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları məni ifadəmi dəyişməyə məcbur edərək bələdiyyə məclisinin yüksək vəzifəli məmurunun oğluna qarşı heç bir iddiamızın olmadığı və məhkəmənin onu həbs etməsini istəmədiyimiz barədə notarial sənəd imzalatdılar”, – deyə azyaşlının anası mediaya müsahibəsi zamanı bildirib.

Məlumata görə, Marneuli bələdiyyəsinin yüksək vəzifəlisi Riçard Qiqaninin oğlu 17 yaşlı oğlanı etnik zəmində döyüb. Yeniyetməyə “gürcü dilini bilmədiyi” irad tutulub.

Zərərçəkmiş hazırda ağır psixoloji vəziyyətdədir. Ailəsinin sözlərinə görə, ona qarşı hələ də təzyiqlər davam edir:

“Polis dəfələrlə gələrək oğlumu razı salmağa çalışırdı. Sonuncu dəfə dünən gəldilər və axşam Qiqaninin gətiriləcəyini, üzr istəyəcəyini bildirdilər. Bizə sənədi imzalamasaq, işimizin pis olacağını söylədilər”, – anası açıqlayıb.

Ailə bildirir ki, onlara telefon zəngləri edilərək təzyiq göstərilməkdə davam olunur. Müxalifət və hüquq müdafiəçilərinin iddiasına görə, azyaşlının susdurulması prosesində bütün Marneuli polis idarəsi iştirak edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →