22 
Sen
2025
14:32
411

Külli miqdarda vəsaitin mənimsənilməsi və qanunsuz gəlirlərinin leqallaşdırılması faktlarına görə təqsirləndirilən şəxs azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi “Metal +” MMC-nin direktorunu vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda vəsaitin mənimsənilməsi və qanunsuz gəlirin leqallaşdırılması işində təqsirli bilib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Prokurorluğun məlumatına görə, şirkət direktoruna dövlət satınalmaları çərçivəsində ayrılmış 1 091 329 lardan 893 522 lari köçürülüb, lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib. Dövlət sifarişinə cəmi 212 840 lari xərclənib, qalan 680 682 lari isə mənimsənilərək bir mənzil və 4 avtomobilin alınmasına sərf olunub.

İstintaq müəyyən edib ki, direktor qanunsuz əldə etdiyi vəsaitə qanuni görkəm vermək məqsədilə fiktiv əməliyyatlar həyata keçirib və əmlak alışı yolu ilə pulları leqallaşdırıb.

Məhkəmə onu təqdim olunmuş ittiham üzrə təqsirli tanıyaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, cinayət yolu ilə əldə olunmuş əmlak – 1 mənzil və 4 avtomobil müsadirə olunub.

Bizimlə əlaqə saxlayın