Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

27 səfirlik: “Diplomatik missiyalara qarşı əsassız ittihamları qətiyyətlə rədd edirik”

290
27 səfirlik: “Diplomatik missiyalara qarşı əsassız ittihamları qətiyyətlə rədd edirik”
Dinləmək üçün basın

"27 səfirlik birgə bəyanatla çıxış edərək bəzi dairələrin diplomatik missiyaların roluna və fəaliyyətinə dair ittihamlarını qətiyyətlə təkzib edir."

"27 səfirlik birgə bəyanatla çıxış edərək bəzi dairələrin diplomatik missiyaların roluna və fəaliyyətinə dair ittihamlarını qətiyyətlə təkzib edir."

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi  məlumat yayıb.

“Biz  Gürcüstanda bəzi diplomatik missiyaların roluna və fəaliyyətinə dair əsassız və zərərli ittihamlarını qətiyyətlə rədd edirik. Bu kimi dezinformasiya ictimaiyyəti çaşdırır və diplomatik missiyalarımızın öz vəzifələrini icra etmək imkanlarını sarsıdır. Diplomatiya təbiətinə görə, hökumət, müxalifət, vətəndaş cəmiyyəti və ümumilikdə vətəndaşlarla görüşmək normal fəaliyyətdir və tam şəkildə Vyana Konvensiyasına uyğundur. Biz heç bir konkret siyasi partiyanı dəstəkləmirik və zorakılıq və ya ekstremizmi dəstəkləməyimizlə bağlı iddialar sadəcə olaraq həqiqət deyil. Əksinə, biz bütün tərəfləri zorakılığın istənilən formasından imtina etməyə və onu pisləməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.

Diplomatik missiyalar həmçinin bütün siyasi liderlərə müraciət edərək, qarşıdurmanı dərinləşdirən ritorikadan çəkinməyə və səylərini gərginliyin azaldılmasına yönəltməyə çağırıblar.

Bəyanat Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Danimarka, Estoniya, Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya səfirliklərinin adından yayımlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →