25 
Sen
2025
09:43
303

Ukrayna və Suriya diplomatik münasibətləri bərpa etdi

Ukrayna və Suriya diplomatik münasibətlərin bərpası haqqında birgə kommünike imzalayıb.

InterPress.ge xəbır verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın məqsədi Suriya xalqını sabitliyə aparan yolda dəstəkləməkdir.

“Müzakirələr zamanı Suriya Prezidenti Ahmed əl-Şəraa ilə əməkdaşlığın inkişaf perspektiv sahələrini, hər iki ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidləri və onlara qarşı mübarizənin vacibliyini ətraflı müzakirə etdik. Razılaşdıq ki, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər quracağıq”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, ilin əvvəlində Ukraynanın Suriya ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Bu, 2024-cü ilin dekabrında Prezident Bəşər Əsədin rejiminin devrilməsindən sonra mümkün olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər