Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İnsan alveri ilə bağlı bir nəfər saxlanılıb

257
 İnsan alveri ilə bağlı bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, 1971-ci il təvəllüdlü N.Q. insan alveri ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayət 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, N.Q. maddi çətinliklər yaşayan, 1981-ci il təvəllüdlü İ.Ş.-ni maliyyə qazancı məqsədilə ələ alıb və ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edərək, özünə məxsus meyvə-tərəvəz mağazasında yükləyici kimi işləməyə məcbur edib, lakin buna görə ona heç bir əməkhaqqı ödəməyib.

Bundan əlavə, araşdırma göstərib ki, İ.Ş. mağazadakı işini bitirdikdən sonra N.Q.-nun göstərişi ilə Tbilisinin küçələrindən birində svetoforda dayanan avtomobil sürücülərindən dilənçilik yolu ilə pul istəyib. Toplanan bütün vəsaiti isə N.Q. özü mənimsəyib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prim maddəsinin birinci bəndi ilə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →