Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Azərbaycan “Qara dəniz Enerji Dəhlizi” layihəsini müzakirə edəcək

315
Gürcüstan və Azərbaycan “Qara dəniz Enerji Dəhlizi” layihəsini müzakirə edəcək
Dinləmək üçün basın

Gürcüstan və Azərbaycan gələn həftə “Qara dəniz vasitəsilə Avropaya gedən yaşıl enerji dəhlizi” (Black Sea Energy) layihəsi ilə bağlı işçi görüşü keçirəcək.

Gürcüstan və Azərbaycan gələn həftə “Qara dəniz vasitəsilə Avropaya gedən yaşıl enerji dəhlizi” (Black Sea Energy) layihəsi ilə bağlı işçi görüşü keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Report agentliyi yayıb.

Mənbənin bildirdiyinə görə, işçi qrupunun analoji toplantısı ötən həftə də baş tutub. Layihə çərçivəsində tərəflər Rumıniyaya və Avropaya boru kəmərləri və ya dəniz marşrutları vasitəsilə yaşıl hidrogenin çatdırılması, tranziti və ixracını müzakirə edirlər. Həmçinin potensial və mümkün ixrac marşrutlarının müəyyənləşdirilməsi prosesi davam edir.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan “Black Sea Energy” layihəsi üzrə dənizaltı elektrik kabelinin tikintisinə dair strateji tərəfdaşlıq sazişi imzalayıblar. 2023-cü ildə Bolqarıstan da layihəyə qoşulmaq niyyətini açıqlayıb və hökumət “Bulgarian Energy Holding EAD” şirkətinin birgə müəssisədə iştirakını təsdiqləyib.

2024-cü ilin mayında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın enerji operatorları – AzerEnergy JSC, Transelectrica SA, “Gürcüstan Dövlət Elektrik Sistemi” və MVM – birgə müəssisə yaratmaq haqqında memorandum imzalayıblar. Sentyabrda isə “Yaşıl Enerji Dəhlizi” (Green Energy Corridor – GECO) adlı müəssisənin təsis edilməsinə dair səhmdarların sazişi imzalanıb.

Layihənin ilkin mərhələsində kabel vasitəsilə 4 giqavatadək “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur. Tikintinin dəyəri 3,5 milyard avro qiymətləndirilir və işlərin 3–4 ilə tamamlanacağı gözlənilir. Avropa Komissiyası layihə üçün 2,3 milyard avro ayırmağı planlaşdırır.

 

 

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →