26 
Sen
2025
15:14
170

Prokurorluq insan alveri faktı üzrə bir nəfərə ittiham irəli sürdü

Gürcüstan Prokurorluğu insan alveri faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

İstintaqın gedişində müəyyən edilib ki, təqsirləndirilən şəxs əmək istismarı məqsədilə zorakılıq və zorakılıqla hədələmə yolu ilə zərərçəkmişi özünə məxsus mağazada əmək haqqı olmadan işləməyə məcbur edib.

Bundan əlavə, araşdırma nəticəsində məlum olub ki, o, psixoloji təzyiq göstərərək zərərçəkmişi Tbilisinin küçələrində, işıqforların yanında avtomobil sürücülərindən sədəqə dilənməyə məcbur edib və toplanan vəsaiti özü mənimsəyib.

Şübhəli şəxs məhkəmənin qərarı əsasında 25 sentyabrda saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prim maddəsinin birinci hissəsi (insan alveri) ilə ittiham irəli sürülüb. Bu maddə 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq artıq məhkəməyə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edib.

Bizimlə əlaqə saxlayın