Baş nazir: “Dövlət bu gün heç vaxt olmadığı qədər güclüdür və heç bir xarici agentura vəziyyəti poza bilməyəcək”
"Bu gün dövlətin institutları güclüdür və buna görə də ölkədə xarici təsir qruplarının vəziyyəti qarışdırmaq cəhdləri uğursuz olur."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, etiraz aksiyalarında xarici agentura toplaşır, lakin onların bu cəhdləri nəticəsiz qalır.
“300 günlük aksiyalar sübut edir ki, xarici agentura Gürcüstanda uğur qazana bilmir. Gördüyünüz kimi, gah 50, gah 100, gah da 150 nəfər çıxır meydana. Xarici agentura toplaşır, amma bu cəhdlər uğursuzdur, çünki dövlət öz hündürlüyündə dayanır, dövlət institutları güclüdür və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Dövlət bu gün heç vaxt olmadığı qədər güclüdür və buna görə də heç bir xarici agentura Gürcüstanda vəziyyəti poza bilməyəcək,” – deyə Baş nazir bildirib.


