27 
Sen
2025
16:12
272

Marneuli bələdiyyəsinin Lecbəddin kəndində Milli Qəhrəman Cəlil Səfərovun abidəsi ziyarət olunub

27 sentyabr 2025-ci il tarixində Anım Günü münasibətilə Marneuli bələdiyyəsinin Lecbəddin kəndində ucaldılmış, əslən Lecbəddin kəndindən olan Milli Qəhrəman Cəlil Səfərovun abidəsi ziyarət olunub.

InterPress.ge xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə əklil qoyaraq, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Faiq Quliyev çıxış edərək, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizin xatirəsini dərin hörmətlə andı və onların göstərdiyi şücaətdən bəhs edib.

Ardınca "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və Gürcüstan Parlamentinin sabiq deputatı Mahir Dərziyev çıxış edərək, şəhidlərin xalqımızın yaddaşındakı əbədi yerindən və onların göstərdiyi igidliyin vətənpərvərlik ruhunun qorunub yaşadılmasında mühüm rol oynadığından bəhs ediblər.

Tədbirdə çıxış edən "Saral İnkişaf və Təhsil Mərkəzi"nin meneceri Sara İsgəndərova iştirakçılara 1992-ci il Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Cəlil Səfərovun həyat yolu, döyüş fəaliyyəti və göstərdiyi şücaət barədə geniş məlumat verdi, GASU- Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Aytəkin Allahverdiyeva 27 sentyabr-Anım Günü tarixi haqda danışdı.  Tədbirdə GASU üzvləri və kənd sakinləri iştirak ediblər.

Tədbirin Aparıcılığı Aytəkin Allahverdiyeva tərəfindən edilib.


 


 



 


 

Bizimlə əlaqə saxlayın