28 
Sen
2025
14:36
288

Salome Zurabişvili: “Maia Sanduya həlledici qələbə arzulayıram”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Moldovada keçirilən parlament seçkiləri münasibətilə Prezident Mayya Sandunun komandasına “həlledici qələbə” arzulayıb.

InterPress.ge xəbər verir ki, Zurabişvilinin sözlərinə görə, “Rusiyanın hibrid müharibəsi Moldovada uğur qazana bilməyəcək”.

“Mayya Sanduya həlledici qələbə arzulayıram. Gürcüstan da eyni mübarizədədir – demokratiya və Avropa uğrunda”, – deyə Zurabişvili X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Moldovada parlament seçkiləri keçirilir. Vətəndaşlar 101 deputatı dörd illik müddətə seçirlər. Seçkilərdə bir partiya, dörd seçki bloku və dörd müstəqil namizəd iştirak edir. Partiyalar üçün baryer 5%, bloklar üçün 7%, müstəqil namizədlər üçün isə 2% təşkil edir.

Qərb mediasının məlumatına görə, Moldovanın hakim “Fəaliyyət və Həmrəylik Partiyası”nın (PAS) nəzarətində olacaq parlament ölkənin Avropa İttifaqına inteqrasiya səylərini gücləndirəcək. Əksinə, prorus koalisiyanın üstünlük qazanacağı parlament isə bu prosesi uzanan siyasi mübarizəyə çevirə bilər.

Bizimlə əlaqə saxlayın