Kaxa Kaladze: Sülh olmadan ölkənin inkişafını təsəvvür etmək mümkün deyil
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisi merliyinə namizəd, paytaxtın meri Kaxa Kaladze Nadzaladevi rayonunun əhalisi ilə görüşüb və onları şəhər şurasına majoritar namizədləri dəstəkləməyə çağırıb.
InterPress.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
O, əsas diqqəti paytaxtda nəzərdə tutulan layihələrə yönəldib və dəstəyə görə hakim komandaya təşəkkür edib.
"Biz hamımız ölkəmizin müstəqilliyini və suverenliyini qorumaq üçün mübarizə aparırıq. Təbii ki, bu mübarizədə hər birimizin rolu önəmlidir. Hamımız razıyıq ki, sülh olmadan ölkənin inkişafı mümkün deyil. Sülh üçün mübarizə aparmasaydıq, şəhərdə həyata keçirilən layihələrdən danışa bilməzdik. Bu günə qədər davam edən çoxsaylı hücumlara, böhtanlara, təhqirlərə, təhdidlərə baxmayaraq, biz qəti mövqe tuturuq və ilk növbədə ölkəmizin, xalqımızın mənafeyini qoruyur və irəli aparırıq. Kənardan kiminsə bizə tapşırıq verməsini, öz tapşırıqlarını yerinə yetirməyə məcbur etməsini, şübhəsiz ki, qəbul etməyəcik".
Paytaxt meri həmçinin “Gürcü arzusu”nun seçicilərinə dəstək və əməkdaşlığa görə təşəkkür edib.
"Mən xoşbəxt bir insanam ki, gözəl paytaxtımıza xidmət etmək, sizə, Tbilisililərə xidmət etmək fürsəti verilib. Bu əməkdaşlığa və dəstəyə görə təşəkkür edirəm. Bu mübarizədə mən tək deyiləm, arxamda “Gürcü arzusu” adlı çox böyük komandam var. Təbii ki, bu sizin xidmətlərinizdir, çünki biz hamımız vətənimizin sıravi əsgərləriyik. Oktyabrın 4-ü ölkəmiz, paytaxtımız üçün meydanlarda, parklarda, qəzalı binaların dəyişdirilməsində və bir çox digər sahələrdə başladığımız layihələrin davam etdirilməsi üçün daha bir mühüm tarixdir. Biz heç kəsi darda qoymayacağıq. İmkanlarımız daxilində hər kəsə kömək edəcəyik. Ən əsası ölkədə uzunmüddətli sülhün olmasıdır, çünki sülh ölkəyə inkişaf, inkişaf isə hər bir ailəyə firavanlıq gətirir”, - deyə Kaxa Kaladze bildirib.


