30 
Sen
2025
22:37
306

İrakli Kobaxidze: Hər kəs görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz

"Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri cənab Mamuka Mdinaradzenin necə enerjili və səmərəli işə başladığını görürsünüz. Bir sıra korrupsiya faktları aşkarlanıb, araşdırmalara başlanılıb, müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdiriləcək".

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bunu jurnalistlərin Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti ilə bağlı sualına cavabında deyib.

Onun sözlərinə görə, hər kəs görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz.

"Bütün bunlar qabaqlayıcı təsir göstərməlidir, hamı görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz, lakin, eyni zamanda, biz gələcəkdə hər hansı bu kimi halların qarşısını maksimum dərəcədə səmərəli şəkildə aradan qaldırmaq üçün bütün dövlət strukturlarının fəaliyyətini mümkün qədər təkmilləşdirmək üçün konkret tədbirlər görürük", - hökumət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın