01
Okt
2025
11:35
324
yuxarı
Bidzina İvanişvili: “Komandamızda xəyanət də oldu, amma biz dözdük”
“Şəxsən mənim üçün ən ağır məqamlardan biri odur ki, ötən illərdə komandamızın daxilində də xəyanət oldu. Bu, təkcə ‘Gürcü Arzusu’nu böhran qarşısında qoymadı, həm də gürcü xalqı və ölkəmiz üçün inkişaf trayektoriyasından yayınma, hakimiyyətin xarici maraqlara xidmət edən qüvvələrin əlinə keçməsi kimi real təhlükə yaratdı.”
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bəyan edib.
O, bu açıqlamasını 2012-ci il 1 oktyabrda partiyanın seçkidə qələbəsi ilə bağlı yayıb.
İvanişvili bildirib ki, dost və tərəfdaş maskası altında gizlənmiş bəzi xarici qüvvələr açıq şəkildə etiraf etməli oldular ki, onlardan yalnız öz maraqlarına xidmət etməyi tələb edirlər.
“Keçmişdə komandamızın bir çox üzvü qərar verdi ki, güclü xarici qüvvələrə xidmət etməklə və ya vətəndaşlarımızın maraqlarını qurban verib şəxsi komfortunu təmin etməklə daha çox fayda qazana bilər. Onlar hesab etdilər ki, bu, komandanın və ölkənin maraqlarını kənara qoymağa dəyər. Ancaq biz buna da dözdük! 2011-ci ildən bəri olduğu kimi, Gürcü cəmiyyətinin və müdrik xalqımızın dəstəyi bizə mübarizə əzmi və bütün çətinliklərin öhdəsindən gəlmək inamı verirdi.
Məhz daimi ayıqlıq, həqiqətin tərəfində dayanmaq və suverenliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər nəticəsində biz bütün xəyanətkarları ifşa etdik. Daxili düşmənləri öz hərəkətlərinin milli yox, xarici maraqlara xidmət etdiyini açıq şəkildə etiraf etməyə məcbur etdik. Xarici qüvvələr açıq deməli oldular ki, bizdən onların maraqlarına boyun əyməyi tələb edirlər.
Elə buna görə də ölkəmizə və xalqımıza qarşı təzyiq və şantaj artdı. Bu, müxtəlif formalarda özünü göstərdi. Regional müharibələrin fonunda Gürcüstanın suverenliyinə hücumlar daha da tez-tez və kəskin xarakter aldı. Lakin artıq bu qüvvələr öz məqsədlərini illər boyu olduğu kimi daxili düşmənlərin deyil, xarici qüvvələrin əli ilə həyata keçirməyə məcburdurlar.
Bununla yanaşı, ölkə daxilində onların dayaqları – müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarında gizlənmiş agentlər zahirdə zəifləsələr də, yaxşı başa düşməliyik ki, hansı güclər ölkəmizi öz maraqlarına tabe etdirməyə çalışır. Onlar üçün heç bir problem yoxdur – ictimaiyyəti aldatmaq üçün bir tanınmış simanı digər şəxslə, bir partiyanı başqa partiya ilə, bir televiziyanı başqa televiziyayla əvəz etmək. Onlar daim Gürcüstan əleyhinə çıxış edən yeni-yeni xarici siyasətçiləri və “ekspertləri” səhnəyə çıxara bilərlər. Amma anlamırlar ki, artıq xalqımızı aldada bilməyəcəklər. Bu gün gürcü cəmiyyəti ideyalara və fikirlərə diqqətlə qulaq asır, təhlil əsasında məntiqli nəticələr çıxarır. Gürcü xalqı üçün nüfuzlu olan isə adlar və titullar deyil, yalnız həqiqətdir!” – deyə Bidzina İvanişvili vurğulayıb.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Şalva Papuaşvili: İllərdir müxtəlif faciələrdən siyasi eyhamlar üçün istifadə edilməsinə öyrəşmişik
02.09.2026 14:11
67
Kaxa Kaladze: Təsdiqlənmiş intihar faktından spekulyasiya etmək qətiyyən yolverilməzdir
02.09.2026 13:51
92
Şalva Papuaşvili İrakli Qaribaşvilinin məktubu ilə bağlı: İttiham var, hüquqi proses var və buna hüquqi cavab verilməlidir
02.09.2026 13:47
60
Lana Qaldava: İrakli Qaribaşvilinin həbsxanadan göndərdiyi məktubla bağlı müvafiq qurumlar reaksiya verməlidir
02.09.2026 13:00
72
Putin: Ermənistan Rusiyanın hərbi bazasını lazımsız hesab edərsə, Rusiya ölkədən dərhal çıxacaq
02.09.2026 12:08
144
Azərbaycanın Goranboy rayonunda sursat anbarında partlayış baş verib, yanğın çıxıb
02.09.2026 12:07
74
Dmitri Samxaradze İrakli Qaribaşvili haqqında: Bu, ideallarımıza xəyanət edən insanın karyerasını necə ağır və faciəvi şəkildə başa vurduğuna dair növbəti dərsdir
02.09.2026 09:57
106
İtkin düşən 20 yaşlı qız ölü tapılıb
01.09.2026 22:31
215
Mamuka Mdinaradze bu işdə o qədər ciddi və kobud səhvlərə yol verib ki, nəticədə siyasətdən getməli olub – İrakli Qaribaşvili
01.09.2026 22:15
203
Batumidə dənizdə orta yaşlı qadının meyiti tapılıb
01.09.2026 22:11
130
Gürcüstanda hərbi xidmətə çağırış qaydası dəyişdirilib
01.09.2026 19:29
497
“Gürcü Arzusu” dörd bələdiyyədə Sakrebulonun majoritar namizədlərini təqdim edib
01.09.2026 19:26
232


