06 
Okt
2025
10:20
504

Tbilisidə azərbaycanlı tələbələr üçün SMM kurslarına start verildi

5 oktyabr 2025-ci il tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) təşkilatçılığı ilə SMM – “Social Media Marketing” kurslarının açılış mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, dörd hissədən ibarət olacaq təlimlərin ilk mərhələsində 24 tələbə iştirak edib.

Tədbirin açılışını “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov edib. O, gənclərə sosial media sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyin əhəmiyyətindən danışıb. Ardınca GASU-nun sədri Aytəkin Allahverdiyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıb və birliyin gənclərin təhsilinə dəstək istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.

Təlimlər SMM mütəxəssisi Arzu Əliyeva tərəfindən aparılıb. O, iştirakçılara sosial media strategiyalarının hazırlanması, kontent planlaşdırılması və effektiv marketinq alətləri barədə bilgilər verib. Təlimin sonunda praktiki tapşırıqlar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin yekununda “Axundov Kafe”də təşkilata yeni qoşulan tələbələrə üzvlük kartları təqdim edilib və xatirə şəkli çəkilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər