Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saakaşvilidən açıqlama: "Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"

2,431
Saakaşvilidən açıqlama: "Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"
Dinləmək üçün basın

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişdirməyəcək". InterPress . ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə sosial şəbəkədə Qarabağ münaqişəsi…

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişdirməyəcək".

InterPress.ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə sosial şəbəkədə Qarabağ münaqişəsi ilə əlaqədar yazır.

Mixail Saakaşvilinin sözlərinə görə, Gürcüstan Qafqazın üç xalqı arasındakı dostluq münasibətlərində maraqlıdır.

“Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərənlərin hamısını çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Buna görə də insan fədakarlığını və vəziyyətin gərginləşməsini ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək, əlbəttə ki, eyni zamanda bu bölgədən qovulan hər kəsin öz evlərinə və və torpaqlarına qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüququ var və hüquqları qorunmalıdır. Gürcüstan, Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərində maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlərə bənzəməlidir və yalnız xarici qüvvələr bizi ələ keçirməkdə və bizə hakim olmaqda maraqlıdır və biz buna heç bir şəkildə imkan verməməliyik!", - Mixail Saakaşvili yazır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →