16 
Okt
2025
13:25
210

Kaxa Kaladze: “Gürcüstanda xarici agentura şəbəkəsinə xidmət edən partiyalar və siyasətçilər var – onlar cavab verəcəklər”

Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, Gürcüstanda bəzi siyasi partiyalar və siyasətçilər xarici agentura şəbəkəsinin bir hissəsini təşkil edirlər və onlar qanun qarşısında cavab verəcəklər.

Kaladze bu fikri Sakontstitutsio məhkəməsinə təqdim olunacaq ərizə – bəzi siyasi subyektlərin qadağan edilməsinə dair təşəbbüslə bağlı danışarkən səsləndirib.

“Ölkədə konkret siyasi partiyalar və siyasətçilər var ki, onlar agentura şəbəkəsinin nümayəndələridirlər. Onlar vətənə xəyanət edirlər, başqa ölkələrin maraqlarına xidmət göstərirlər, xaricdən gələn göstəriş və tapşırıqları yerinə yetirirlər. Belə siyasətçilərin və siyasi partiyaların Gürcüstanda yeri yoxdur,” – deyə Kaladze bildirib.

Tbilisi meri əlavə edib ki, bu şəxslərə və təşkilatlara qarşı müvafiq hüquqi addımlar atılacaq və onlar öz əməllərinə görə cavab verəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər