İrakli Kobaxidze: “11 ildə tam orta təhsil proqramının mənimsənilməsi mümkündür”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hökumətin təhsil islahatları çərçivəsində orta məktəb proqramının 11 illik müddətdə tam mənimsənilməsi tamamilə mümkündür.
InterPress.ge xəbər verir ki, o, bu barədə “İmedi LIVE” verilişində danışıb.
Baş nazirin sözlərinə görə, bəzi şəxslərin “12-ci sinifin ləğvi miqrasiyanı çətinləşdirəcək” iddiaları əsassızdır, çünki tələbələr üçün həm ölkə daxilində, həm də xaricdə 12-ci sinfi bitirmə imkanı yaradılacaq.
“Bəzi insanların paylaşımlarını gördüm — guya 12 illik dövrün ləğvi miqrasiyaya baryer yaradacaq. Əslində, bu, təhsil səviyyəsinin yüksəldilməsinə yönəlmiş addımdır. Biz istəyirik ki, gənclərimiz Gürcüstanda qalsın və burada yüksək səviyyəli təhsil alsınlar. Niyə biz gürcü gənclərin ölkəni tərk etməsini təşviq etməliyik?” – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, hökumətin məqsədi gənclərin xaricə axınının qarşısını almaq və Gürcüstanda beynəlxalq səviyyəyə uyğun təhsil sistemi qurmaqdır:
“Bu, süni şəkildə miqrasiyanın təşviqi deyil. Əksinə, biz istəyirik ki, Gürcüstanda elə təhsil mühiti olsun, gənclər başqa ölkələrdə axtardıqları səviyyəni burada tapsınlar. Eyni zamanda, kim istəyirsə, 12-ci ili xaricdə də başa vura bilər. Heç bir məhdudiyyət yoxdur.”
Kobaxidzenin sözlərinə görə, 11 illik məktəb sistemi həm təhsil keyfiyyətinin artırılmasına, həm də universitetə qəbul prosesinin optimallaşdırılmasına xidmət edəcək:
“Biz hesab edirik ki, 11 il tamamilə kifayətdir proqramın tam mənimsənilməsi üçün. Əsas məqsədimiz, gənclərin burada yüksək səviyyəli bilik əldə etməsidir – elə bilik, hansı səviyyəni də digər ölkələr təklif edir.”


