21 
Okt
2025
11:28
400

Tbilisidə saxta “Jacobs Monarch” və “Raffaello” məhsulları istehsal edən iki nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti böyük miqdarda başqa şəxslərə məxsus əmtəə nişanlarının qanunsuz hazırlanması və istifadəsi faktı üzrə iki nəfərin saxlanıldığını bildirib.

Məlumata görə, Gürcüstan Baş Prokurorluğu ilə koordinasiyada aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən razılaşaraq qrup halında hərəkət edən G.A.F.D. adlı Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunublar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə Tbilisi şəhərində kustar üsulla fəaliyyət göstərən sex təşkil ediblər. Onlar burada əsasən qəhvə və şirniyyat məhsulları istehsal edir, daha sonra həmin məhsullara “Raffaello”“Jacobs Monarch” markalarının adlarını qanunsuz şəkildə vuraraq satışa çıxarırdılar.

Aparılmış istintaq tədbirləri nəticəsində satış üçün hazırlanmış 10 000-dən çox “Jacobs Monarch” markalı saxta birdəfəlik qəhvə2 400-dən çox “Raffaello” markalı saxta şirniyyat müsadirə olunub.

Axtarış zamanı həmçinin “Jacobs Monarch”“Carte Noire” markalarının adı ilə saxta etiket lentləri, “Kinder Schokolade” markalı vaxtı keçmiş şirniyyat, “Jacobs Monarch”“Raffaello” qutuları, formalar, möhürlər və saxta məhsulların qablaşdırılması və istehsalı üçün nəzərdə tutulan texniki avadanlıqlar aşkarlanıb.

Hazırda istintaq həm bu cinayət fəaliyyətində iştirak etmiş digər şəxslərin, həm də saxta məhsulların satıldığı obyektlərin müəyyənləşdirilməsi istiqamətində davam edir.

Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü bəndi ilə aparılır. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın