21 
Okt
2025
13:44
359

Gürcüstandan 14 ölkənin 30 vətəndaşı deportasiya edilib

Miqrasiya Departamenti ölkə ərazisindən 30 xarici vətəndaşı deportasiya edib. Onların arasında Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Kanada, Kot-d’İvuar və Rumıniya vətəndaşları var. Deportasiya olunan şəxslərə Gürcüstana daxil olmaq qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin bəyanatında qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan məsul qurumdur.

“Miqrasiya Departamentinin əsas səlahiyyətlərindən biri Gürcüstan ərazisində qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasının təmin edilməsidir,” – deyə nazirliyin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın