Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, “Tbilisi İpək Yolu Forumunun” beşinci sessiyası ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə məhsuldar görüş keçirib.
Kobaxidze sosial şəbəkə X üzərindən paylaşım edərək qeyd edib ki, görüş zamanı tərəflər ikitərəfli və regional əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
“Əminəm ki, bu görüş Gürcüstan və Ermənistan arasında əməkdaşlığı daha da gücləndirəcək,” – deyə İrakli Kobaxidze bəyan edib.
