22 
Okt
2025
10:23
224

“Formula” telekanalının jurnalisti Çira Jvania 10 günlük inzibati həbsə məhkum olunub

Tbilisi Şəhər Məhkəməsi “Formula” telekanalının sosial media jurnalisti Çira Jvaniyaya 10 günlük inzibati həbs cəzası təyin edib. Jurnalistə qarşı toplantı və nümayişlərin keçirilməsi qaydasının pozulması ittihamı irəli sürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, son iki gün ərzində toplantı və nümayişlərin keçirilməsi qaydasının pozulmasına görə inzibati xətalar məcəlləsi əsasında 14 nəfər saxlanılıb. Saxlanılanlardan biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə yerləşdirilib və məcburi müalicə alacaq.

Nazirlik bildirir ki, son üç gün ərzində etirazçılar tərəfindən 53 hüquq pozuntusu qeydə alınıb. Onlardan 42 nəfər artıq hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib, bir qismi saxlanılıb, digərləri barəsində isə inzibati iş icraatı davam etdirilir.

Bizimlə əlaqə saxlayın