Ölkə təkcə Rusiyanın təsiri altına düşmür, həm də Kremlin idarəçilik modelini mənimsəyir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial platforma X-də (keçmiş “Twitter”) paylaşım edərək bildirib.
Onun sözlərinə görə, Gürcüstanda da Rusiya kimi yüksək səviyyəli korrupsiya və siyasi təzyiq halları müşahidə olunur:
“Gürcüstan təkcə Rusiyanın təsiri altına düşmür, həm də onun praktikasını təkrarlayır — yüksək səviyyəli korrupsiya (burada ondan çox yüksək vəzifəli şəxs iştirak edir).”
Zurabişvili qeyd edib ki, hakimiyyət Rusiyada olduğu kimi, siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını qadağan edir, eyni zamanda hökumət tərəfindən yaradılmış saxta QHT-lər – “GONGO”-lar (hökumət yönümlü QHT-lər) formalaşdırılır:
“Partiyaların və QHT-lərin qadağan edilməsi, ‘GONGO’ların və onların peyklərinin yaradılması, eyni repressiv qanunlar – bütün bunlar Rusiyanın idarəçilik modelinə bənzəyir,” – deyə o yazıb.
Zurabişvili həmçinin əlavə edib ki, ölkədə “siyasi intiharlar və ayrılmalar” baş verir və bu, Gürcüstanda demokratiyanın dərin böhrana girdiyinin göstəricisidir.
.jpg)