10 
Nybr
2025
15:16
311

Kaxa Kaladze: “Bu ittihamlar çox ciddidir – bu insanlar ölkəyə və onun gələcəyinə zərər vururlar”

Tbilisi meri Kaxa Kaladze müxalif siyasətçilərə qarşı yeni cinayət təqibinin başlanmasına münasibət bildirib.

InterPress.gexəbərverirki, o, məsələnin son dərəcə ciddi olduğunu deyib və bəzi siyasətçilərin addımlarını anti-dövlət fəaliyyət kimi qiymətləndirib.

“Eşitdiyimiz ittihamlar, təbii ki, çox ciddidir. Bu insanlar elə addımlar atırlar ki, ölkəyə, onun gələcəyinə, iqtisadi inkişafına və sülhün qorunmasına zərər vururlar. Biz dəfələrlə görmüşük ki, onların öz ölkələri və xalqları maraqlandırmır, onlar yalnız xaricdəki himayədarlarına xidmət edirlər,” – deyə Kaladze bildirib.

Tbilisi meri əlavə edib ki, kimlərə qarşı daha cinayət işi başlana bilər, bu barədə əlində məlumat yoxdur.

“İstintaq orqanı bu məsələ ilə bağlı geniş açıqlama verib. Mən əlavə məlumat verə bilmərəm, çünki bu barədə məlumatım yoxdur,” – deyə o qeyd edib.

Kaladze vurğulayıb ki, siyasətçi olmaq ilk növbədə öz ölkəsinin və xalqının maraqlarını müdafiə etməyi tələb edir.

“Sən siyasətçisənsə, hər şeydən əvvəl öz ölkənin maraqlarını daşımalısan, xalqının mənafeyini qorumalısan. Təəssüf ki, biz görürük ki, bəzi insanlar bunun tam əksini edirlər,” – deyə Kaladze əlavə edib.

Xatırladaq ki, Baş Prokurorluq keçmiş prezident Mixeil Saakaşvili, həmçinin Giorgi Vaşadze, Nika Quaramia, Nika Melia, Zurab Japaridze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Japaridze barəsində yeni cinayət təqibinə başlayıb. İttihamlar dövlətə qarşı törədilmiş cinayətlər – sabotaj, xarici dövlətə düşmən fəaliyyətində yardım, konstitusiya quruluşunu və milli təhlükəsizliyi təhdid edən fəaliyyətin maliyyələşdirilməsi, hakimiyyətin zorla devrilməsinə çağırış kimi maddələri əhatə edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər