12 
Nybr
2025
18:35
246

Aİ səfiri: “Ukrayna və Moldova genişlənmə yolunda Gürcüstandan xeyli irəlidədir”

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, genişlənmə prosesinə gəldikdə, Ukrayna və Moldova Gürcüstandan əhəmiyyətli dərəcədə irəlidədir.

“Genişlənmə yolundan danışarkən, Ukrayna və Moldova Gürcüstandan çox irəlidədir. Ukraynanın halında bu, amansız və təcavüzkar müharibəyə baxmayaraq baş verir. Ukrayna xalqı Rusiya təcavüzünə qarşı mübarizə aparmaqla yanaşı, son dərəcə çətin və çağırışlarla dolu islahatlar həyata keçirir,” – deyə səfir qeyd edib.

Herçinskinin sözlərinə görə, Moldova da Rusiyanın hibrid müharibəsi səbəbindən təzyiq altındadır.

“Buna baxmayaraq, yaxın zamanda moldovalılar parlament seçkilərində Avropayönlü kursu dəstəklədilər. Həm Ukrayna, həm də Moldova Avropa İttifaqına üzvlüyə doğru irəliləyir və bu məqsədə yaxınlaşır. Təəssüf ki, Gürcüstanla bağlı tam əks mənzərəni müşahidə edirik. Namizəd statusunun verilməsindən iki il sonra Gürcüstan indi Avropa İttifaqından 2023-cü ildəkindən də uzaq vəziyyətdədir,” – deyə Aİ səfiri Pavel Herçinski vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər