14 
Nybr
2025
10:51
1464

Bu cərimələr artırılır- Sürücülərin nəzərinə

Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə qanunvericilik dəyişiklikləri paketini hazırlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.

Nazirliyin açıqlamasına görə, son illərdə nəqliyyat vasitələrinin sayının kəskin artması fonunda yol təhlükəsizliyi ölkə üçün ciddi çağırış olaraq qalır. Hər il yüzlərlə insan yol-nəqliyyat hadisələri nəticəsində həlak olur və ya ağır xəsarət alır. Bu səbəbdən dövlət yol hərəkəti qaydalarının daha da sərtləşdirilməsinin zəruri olduğunu bildirir.

Nazirlik tərəfindən hazırlanmış dəyişikliklər paketinə əsasən aşağıdakı yeniliklər nəzərdə tutulur:

Yolda manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qaldırılır və bu qayda pozuntusuna görə sürücülük vəsiqəsinin balı 20 bal azaldılır;

Sürət həddini 15–40 km/saat aralığında aşmağa görə cərimə 50-dən 100 lariyə artırılır;

Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lari olacaq və bu pozuntu sürücülük balından 10 bal silinməsinə səbəb olacaq;

Sükan arxasında mobil telefondan istifadə etməyə görə cərimə 50 lariyə yüksəlir;

Dayanma-parklanma qaydalarının pozulmasına görə cərimələr 50 lari olacaq – bu qayda artıq təkcə Tbilisiyə deyil, Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi və kurort zonalarına da şamil edilir;

"BUS LANE" zolağında avtobusdan başqa nəqliyyat vasitəsinin əks istiqamətdə hərəkəti üçün 200 lari cərimə tətbiq olunur;

Nəqliyyat vasitəsinin səkidə və ya piyada keçidində dayanması/yaxud park edilməsi yeni pozuntu kimi müəyyən edilir və 100 lari cərimə tətbiq olunacaq. Bu halda maşının xüsusi mühafizə olunan duracağa aparılması da nəzərdə tutulur.

DİN-in açıqlamasına görə, qanun layihəsi paketinin artıq parlamentə təqdim edildiyi bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər