15 
Nybr
2025
13:32
293

Marneulidə merin yeni birinci müavini təqdim olunub

Marneuli Munisipalitetinin meri Daur İsmayılov xidmət və şöbə rəhbərlərinə merin birinci müavini vəzifəsinə təyin olunan Qiorqi Qodabrelidzeni rəsmi şəkildə təqdim edib.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Meriyasının mətbuat xidməti məlumat yayıb. 

Məlumata əsasən, uzun illər dövlət strukturlarında və özəl sektorda məsul vəzifələrdə çalışmış Qiorqi Qodabrelidze yeni vəzifəsinə təyin olunub. O, daha əvvəl Marneuli Munisipaliteti Meriyasının Munisipal Nəzarət Xidmətində, Gürcüstanın Mədəniyyət və İdman Nazirliyində, eləcə də bankçılıq və tikinti sektorlarında fəaliyyət göstərib.

Son dövrdə isə Qodabrelidze Tetritskaro Munisipaliteti Meriyasının İnfrastrukturun İnkişafı, Memarlıq və Tikinti Xidmətinə rəhbərlik edib.

Yeni təyin olunan birinci müavin göstərilən etimada görə merə təşəkkür edib və munisipalitetdə həyata keçirilən və planlaşdırılan proqramların səmərəli icrasında fəal iştirak etməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər