17 
Nybr
2025
12:43
324

Xaricdə olan vətəndaşlar artıq parlament seçkiləri zamanı səs vermədə iştirak edə bilmiyəcəklər

“Gürcü Arzusu” yeni “Seçki Məcəlləsi” üzərində işə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvilinin bu gün keçirdiyi brifinqdə bildirib.

Onun açıqladığı məlumata görə, sənəd tam şəkildə yenidən işlənəcək və əsas dəyişikliklərdən biri parlament seçkilərində səsvermənin yalnız Gürcüstan ərazisində həyata keçirilməsi olacaq – eyni qayda artıq yerli özünüidarəetmə seçkilərində də tətbiq olunur.

Papuaşvilinin sözlərinə görə, mövcud Seçki Məcəlləsi 2011-ci ildə qəbul olunub və o vaxtdan bəri 100-dən çox dəyişiklik edilib. Bu isə məcəllənin strukturunu ağırlaşdırıb və bir çox normaların təkrarlanmasına səbəb olub.

“Yeni redaksiya məhz bu problemlərin həllinə yönəlib. Normlar sistemləşdiriləcək, texniki baxımdan təkmilləşdiriləcək, prosedurlar dəqiqləşdiriləcək, dublikat normalar aradan qaldırılacaq. Mətn vahid, daha sadə və funksional olacaq. Bu dəyişikliklər əsasən texniki xarakterlidir, lakin seçki prosesinin normativ çərçivəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır,” – deyə Papuaşvili bildirib.

Əsas dəyişiklik – səsvermə yalnız Gürcüstanda

Yeni Seçki Məcəlləsi ilə bağlı ən mühüm dəyişikliklərdən biri xaricdə yaşayan və ya müvəqqəti olaraq dövlətindən kənarda olan Gürcüstan vətəndaşlarının seçki prosedurları ilə bağlıdır.

Papuaşvilinin sözlərinə görə, vətəndaşların seçki hüququ dəyişmir, lakin səsvermə prosesi dəyişir:
Gürcüstan parlamenti seçkilərində səs vermək yalnız ölkə sərhədləri daxilində mümkün olacaq.

O izah edib ki, bu qərar Gürcüstan Konstitusiyasının 24-cü maddəsi ilə dövlətə qoyulan tələbdən – iradənin xarici təsirdən azad ifadəsinin təmin edilməsindən irəli gəlir.

“Seçkilər dünya miqyasında xarici müdaxiləyə daha həssasdır. ABŞ-dan tutmuş bir sıra Aİ ölkələrinə qədər müxtəlif dövlətlərdə xarici təsir iddiaları getdikcə artır. 2024-cü il parlament seçkiləri də göstərdi ki, xaricdən seçiciyə informasiya və siyasi təzyiq çox açıq şəkildə həyata keçirilə bilər,” – deyə o bildirib.

Papuaşvili qeyd edib ki, xaricdə yaşayan vətəndaşlar başqa dövlətlərin informasiya mühitinin təsiri altında qalır və bu da təsirsiz qərar vermə imkanlarını azaldır. Bu səbəbdən səsvermənin yalnız Gürcüstan ərazisində keçirilməsi seçkilərin müdaxiləyə qarşı dayanıqlığını artıracaq.

Modelin beynəlxalq nümunələri də var — İrlandiya, Malta, İsrail, Ermənistan

Parlament sədri əlavə edib ki, analoji model bir sıra ölkələrdə tətbiq olunur və beynəlxalq standartlara tam uyğundur.

“Bir daha qeyd edirəm – xaricdə yaşayan vətəndaşların seçki hüququ dəyişmir. Hər bir Gürcüstan vətəndaşı səsvermə hüququna malik olacaq, sadəcə şərt odur ki, dörd ildən bir ölkəyə gəlib səsini Gürcüstanda versin,” – deyə Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər