17 
Nybr
2025
13:30
611

Ölkə ərazisində 21 noyabradək olan hava şəraiti açıqlandı

Yaxın günlərdə Gürcüstan ərazisində isti və yağmursuz hava müşahidə olunacaq.

InterPress.ge xəbər veri ki, bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayıb.

Məlumata əsasən, 18–21 noyabr tarixlərində Tbilisidə yağış gözlənilmir, gündüz saatlarında temperatur +18, +20 dərəcə olacaq.

Sahilyanı rayonlar (Batumi, Kobuleti, Anaklia, Poti):
İsti və yağmursuz hava gözlənilir. Temperatur +21, +23 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik əraziləri (Zestafoni, Kutaisi, Samtredia, Zugdidi, Martvili, Ozurgeti):
Hava isti və yağıntısız olacaq. Temperatur +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikot keçidi):
Yağıntısız hava gözlənilir. Temperatur +20, +22 dərəcə olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro):
Hava açıq keçəcək. Temperatur +15, +17 dərəcə olacaq.

Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali):
Yağıntısız hava proqnozlaşdırılır. Temperatur +18, +20 dərəcə olacaq.

Kaxeti (Saqarcelo, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro):
Hava isti və yağmursuz olacaq. Temperatur +18, +20 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonları (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanuri):
Yağıntısız hava gözlənilir. Temperatur +16, +18 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Zalqa, Bakuriani, Gudauri, Omalo):
Hava açıq keçəcək. Temperatur +11, +13 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər