Tina Bokuçava: “ATƏT PA Gürcüstanla bağlı xüsusi qətnamə qəbul etdi”
“Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçavanın sözlərinə görə, ATƏT Parlament Assambleyasında Gürcüstanla bağlı xüsusi qətnamə qəbul olunub.
Bokuçavanın açıqlamasına əsasən, qətnamə Avropa Xalq Partiyası və ona müttəfiq siyasi qrupların təşəbbüsü ilə qəbul edilib. O bildirib ki, sənəd ölkədə “İvanişvilinin rejimi tərəfindən həyata keçirilən avtoritar addımları və siyasi repressiyaları təsvir edir”.
“Bir neçə dəqiqə əvvəl ATƏT Parlament Assambleyasında, Avropa Xalq Partiyasının və onun müttəfiq siyasi qrupunun təşəbbüsü ilə — hansı ki, Assambleyanın ən böyük və ən nüfuzlu siyasi qrupudur — Gürcüstanla bağlı fövqəladə qətnamə qəbul edildi. Qətnamədə İvanişvilinin rejimi tərəfindən atılan avtoritar addımlar və ölkədə mövcud olan siyasi repressiyalar təsvir olunur. Həmçinin sənəddə beynəlxalq tərəfdaşlara çağırış edilir ki, bütün beynəlxalq mexanizmlərdən istifadə etsinlər, o cümlədən elə alətlərdən, hansı ki, İvanişvilinin rejiminə və onun repressiv maşınına maliyyə məhdudiyyətləri tətbiq edəcək və Gürcüstanda diktaturanın möhkəmləndirilməsi üçün korrupsiya mənbələrinin istifadəsinin qarşısını alacaq,” – deyə Tina Bokuçava bildirib.


