20 
Nybr
2025
09:32
257

Kobaxidze: “Seçkilər Konstitusiyanın müəyyən etdiyi tarixdə – 2028-ci il 28 oktyabrda keçiriləcək”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, növbəti parlament seçkiləri Konstitusiyada nəzərdə tutulduğu kimi, 2028-ci il 28 oktyabrda keçiriləcək.

Hökumət başçısının sözlərinə görə, müxalifət artıq açıq şəkildə etiraf edib ki, mümkün növbədənkənar seçkilər onların deyil, məhz hakim komandanın maraqlarına uyğundur.

“Bir şeyi dərk etdilər ki, bu, çox yaxşıdır – artıq növbədənkənar seçkilər tələb olunmur. Hətta açıq şəkildə etiraf etdilər ki, nəzəri olaraq belə növbədənkənar seçkilərin elan edilməsi hakimiyyətə sərf edir, müxalifətə yox. Onlar çox yaxşı görürlər ki, real seçki nəticələri necədir. Sabah, bir ay yaxud iki ay sonra növbədənkənar parlament seçkiləri keçirilsə, biz asanlıqla konstitusion çoxluq əldə edərik. Bu isə müxalifət üçün yenidən ağır nəticə deməkdir və onlar bunu yaxşı bilirlər,” – deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, bütün bunlara baxmayaraq, hökumət Konstitusiyada müəyyən edilmiş müddətə tam əməl edəcək:

“Bir daha tam qətiyyətlə deyə bilərik ki, seçkilər Konstitusiyada təsbit olunmuş tarixdə – 2028-ci il 28 oktyabrda keçiriləcək,” – deyə o, “İmedi Live” proqramında qeyd edib.

Bizimlə əlaqə saxlayın