07 
Dek
2025
11:21
874

Marneulidə 4 yeniyetmə saxlanıldı

Kvemo Kartli Polis Departamentinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən törədilmiş və əhəmiyyətli ziyana səbəb olmuş oğurluq faktı üzrə daha əvvəl müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 4 yeniyetməni saxlayıb. Onlar 2008-ci il təvəllüdlü A.A., 2006-cı il təvəllüdlü Ş.O., 2008-ci il təvəllüdlü M.A. və 2009-cu il təvəllüdlü N.N.-dir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, istintaqla müəyyən edilib: saxlanılan şəxslər Marneulidə yerləşən sürətli ödəmə aparatlarını oğurlayaraq böyük məbləğdə pul vəsaitinə sahib olublar. Hüquq-mühafizə əməkdaşları onları hadisədən bir neçə dəqiqə sonra, hadisə yerindən uzaqlaşarkən taksi ilə hərəkət etdikləri zaman saxlayıblar.

Axtarış zamanı yeniyetmələrin üzərindən və avtomobildən oğurlanmış pul vəsaiti maddi sübut kimi götürülüb. Zədələnmiş ödəniş aparatları isə yaxınlıqda aşkar edilib.

İstintaq həmçinin müəyyən edib ki, həmin şəxslər bu ilin noyabr ayında Marneulidə bir küçədə yerləşən mağazanı da qarət ediblər və oradan müxtəlif məişət əşyaları oğurlayıblar.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələrinin “a” bəndləri ilə aparılır. Bu maddələr 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın