08 
Dek
2025
17:43
186

Salome Zurabişvili: “Yeni qanun layihəsi nümayiş keçirmək hüququnu daha da məhdudlaşdırır”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun təqdim etdiyi “Yığıncaqlar və Manifestasiyalar haqqında” qanuna və “İnzibati Xətalar Məcəlləsinə” dəyişikliklərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə o , X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, yeni təşəbbüs ölkədə nümayiş və etiraz keçirmək hüququnu daha da məhdudlaşdırır.

Salome Zurabişvili sosial şəbəkə X-də yazıb ki, layihəyə görə, əhali ilə dolu olan ictimai məkanlarda — yəni Tbilisinin mərkəzi lokasiyalarında — keçiriləcək bütün etiraz aksiyaları üçün əvvəlcədən bildiriş və razılıq tələb olunacaq.

O bildirir ki, dəyişikliklərin əsas hədəfi bir ildən çoxdır Rustaveli prospektində keçirilən etiraz aksiyalarıdır.

Parlamentə təqdim olunan qanun layihəsinə əsasən, əgər aksiya insanların intensiv hərəkət etdiyi yerdə keçirilirsə, təşkilatçılar dövlət qurumunu əvvəlcədən xəbərdar etməlidirlər. Layihə həmçinin dövlət orqanına təhlükəsizlik, ictimai qayda və ya nəqliyyatın hərəkəti üçün risk yarandığı halda etirazçılara alternativ yer, vaxt və ya marşrut göstərmə səlahiyyəti verir.

“Yeni təqdim olunan qanun nümayiş keçirmək hüququnu daha da məhdudlaşdırır. Əsas hədəf isə Rustavelidə bir ildir davam edən etiraz aksiyalarıdır.”-Zurabişvili bildirib.

 

 

Bizimlə əlaqə saxlayın