08 
Dek
2025
19:29
212

Stiven Daut: Gürcüstan kimyəvi silahlarla bağlı öhdəliklərini yerinə yetirməlidir

"London Gürcüstandan Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir."

InterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Daut parlament üzvü Cessika Mordenin sualına cavab olaraq bildirib.

Nazir vurğulayıb ki, Gürcüstan toksik kimyəvi maddələrin tətbiqinin qadağan olunması ilə bağlı ehtimal olunan pozuntuları səviyyəli və tamhüquqlu şəkildə araşdırmalıdır.

Deputatın “Gürcüstan hökumətinin nümayişçilərə qarşı bromobenzil­sianidindən istifadə etməsi ilə bağlı iddiaları necə qiymətləndirirsiniz?” sualına cavab verən Daut deyib:

“BBC-nin hazırladığı və guya Gürcüstan polisinin 2024-cü ilin sonunda Tbilisidə nümayişçilərə qarşı toksik kimyəvi maddələrdən istifadə etdiyini göstərən reportaj məni dərin şəkildə narahat etdi”.

“Gözləyirik ki, Gürcüstan Kimyəvi Silahlar Konvensiyası çərçivəsində öz öhdəliklərini yerinə yetirsin və toksik kimyəvi maddələrin istifadəsinə dair qadağaların ehtimal olunan pozuntuları lazımi qaydada araşdırılsın”- nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın