Zarkua: “İrlandiyadan sonra Gürcüstan deolqarxizasiya göstəricilərində ikinci yerdədir
Gürcüstan İrlandiyadan sonra deolqarxizasiya istiqamətində ən yüksək nəticə göstərən ikinci ölkədir və bu, dövlət institutlarının – hökumətin, parlamentin, nazirliklərin və məhkəmələrin – keyfiyyətli və ədalətli fəaliyyətini təsdiqləyir.
InterPress.ge xəbər verir ki, bunh parlamentin Diasporla əlaqələr komitəsinin sədri İrakli Zarkua Avropa Antikorrupsiya Tədqiqatları Mərkəzinin Avropa ölkələrində korrupsiya riskləri və tendensiyalarına dair hesabatına münasibətdə bildirib.
Zarkua sözlərinə görə, Avropa İttifaqının bir hissəsi Gürcüstandakı real vəziyyəti obyektiv qiymətləndirir və əldə edilmiş nəticələr bu araşdırmalarda açıq şəkildə görünür. Lakin digər hissə ölkədə guya demokratiyanın gerilədiyini iddia edir və bu, siyasətçilərin özəl maraqları və lobbi qruplarının təsiri ilə izah olunur.
Onun fikrincə, bəzi Avropa deputatlarının sərt tənqidlərinin arxasında “Milli Hərəkatın” maliyyələşdirdiyi lobbiçilik şirkətləri dayanır və həmin şirkətlər hətta qəbul edilən qətnamələrin mətnlərini belə diktə edirlər.
“İndi baxın, Aİ-nin başqa tərəfi – Fotiga, Kubilius, Kallas kimi şəxslər deyirlər ki, guya Gürcüstanda demokratiya geri gedir, guya burada diktatura var, media azad deyil. Bu, tam ikili standartdır. Avropa Komissiyasının obyektiv araşdırmaları isə göstərir ki, Gürcüstanın dövlət büdcəsi illərdir dünyanın ən şəffaf büdcələrindən biridir; ölkə yüksək iqtisadi artım tempinə malikdir; Gürcüstan heç vaxt Rusiyaya qarşı sanksiyaları pozmayıb; islahatlar sahəsində ən yüksək nəticələr göstərir; hökumət, parlament və dövlət qurumları reytinqlərdə lider mövqedədir; namizəd ölkələr arasında Gürcüstan demək olar ki, bütün meyarlar üzrə birinci yerdədir. Bunu beynəlxalq təşkilatlar – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digərləri də təsdiqləyir”, – deyə Zarkua bildirib.
O qeyd edib ki, bu reallıqlara baxmayaraq, bəzi Avropa siyasətçilərinin tənqidləri lobbiçilik qruplarının təsiri altında formalaşır:
“Son araşdırmada açıq göstərildi ki, müəyyən Avropa deputatları ‘Milli Hərəkat’ tərəfindən maliyyələşdirilən lobbiçilik şəbəkələrinin təsiri altındadır və onlar hətta qəbul edilən qətnamələrin mətni belə yazırlar. Məhz buna görə də biz dedik ki, həmin qətnamələrin dəyəri yoxdur.”


