Kobaxidze: “Avropa bürokrasiyası ikiqat standartlarla fəaliyyət göstərir və Gürcüstanın inkişafına mane olmağa çalışır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa qurumlarını ikiqat standartlarda ittiham edib.
InterPress.ge xəbər veri ki, bu barədə qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə açıqlayıb.
O, bugünkü brifinqdə bildirib ki, Avropa bürokratları öz işlərinə müdaxiləni sevməsələr də, Gürcüstanın daxili proseslərinə fəal şəkildə qarışırlar və hətta ölkənin inkişafına mane olmağa çalışırlar.
Baş nazirin sözlərinə görə, bu, “çox təəssüf doğuran hadisədir” və Avropa bürokrasiyasında yaranmış ağır vəziyyəti göstərir.
Kobaxidze qeyd edib:
“Bu yanaşma dəyişməlidir. Bu konkret hal onların mövqeyini dəyişəcəkmi – bilmirəm, amma ümid edirik ki, Avropa bürokrasiyasında proseslər ümumilikdə sağlamlaşacaq. Əks halda, bu insanlar öz strukturlarının maraqlarına özləri ziyan vururlar.”
Onun fikrincə, Avropa qurumlarında mövcud olan ikiqat standartlar nəticəsində Avropa İttifaqında inkişaf meyilləri mənfi istiqamətdə dəyişir — bu, həm demokratiyaya, həm insan haqlarına, həm də iqtisadiyyata təsir göstərir.


