Gevin Niusom: “Transgender idmançıların mövzusuna toxunmuruq, çünki çoxları mənim mövqeyimlə razı deyil”
Kaliforniyanın qubernatoru Gevin Niusom transgender idmançıların iştirakına dair mövqeyinin geniş auditoriya tərəfindən qəbul olunmadığını bildirib. O, bu barədə New York Times-ın “Ezra Kleinin Şousu” adlı podkastında danışıb.
Niusomun sözlərinə görə, transgender mövzusunda onun fikirlərini dinləmək bir çox insan üçün xoş deyil, çünki dinləyicilərin təxminən 80 faizi bu mövzuda onun mövqeyinə etiraz edir. Qubernator qeyd edib ki, transgender şəxslər, o cümlədən transgender uşaqlar üçün ən çox faydalı qanunlara imza atan siyasətçilərdən biridir və bu qrupun güclü müdafiəçisidir.
“Mən transgender uşaqları görmək istəyirəm. Mənim transgender xaç qızım var. Elə bir qubernator yoxdur ki, transgenderlər üçün mənim qədər faydalı qanunlara imza atmış olsun və heç kim bu qrupun mənim qədər güclü müdafiəçisi olmayıb. Amma biz transgender icmasının hüquqlarını irəli apararkən, idman yarışlarında ədalət baxımından hüquqları məhdudlaşan insanların reallığını da nəzərə almalıyıq”, – deyə Niusom bildirib.
Qeyd edək ki, Gevin Niusom ABŞ-da qarşıdan gələn prezident seçkilərində Demokrat Partiyasının əsas namizədlərindən biri kimi qiymətləndirilir.


