12 
Dek
2025
20:51
330

Zurabişvili: “Gürcüstanın ‘qeyri-rəsmi’ baş naziri Putinin yanında dayanır – bunun o tərəfi artıq Rusiyanın xidmətinə keçməkdir”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ölkə rəhbərliyinin Türkmənistanda Vladimir Putinin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə davranışını kəskin tənqid edib.

InterPress.ge xəbər verir ki, o, Facebook Live-da çıxış edərək bildirib.

"Bbaş nazirin Putinin yanında dayanması “qırmızı xəttin keçilməsi” deməkdir və bunun o tərəfi Gürcüstanın “Rusiyanın əsarətinə düşməsi” anlamına gəlir."-Zurabişvili bildirib.

Zurabişvilinin sözlərinə görə, baş nazir İrakli Kobaxidzenin Rusiya prezidentinin çıxışı zamanı etiraz olaraq zalı tərk etməməsi hakimiyyətin “hansı istiqamətə getdiyinin açıq göstəricisidir”.

O bildirib ki, Aşqabadda keçirilən konfransın əsas mövzusu neytrallıqdır və Zurabişvilinin fikrincə, bu ideya “Rusiyanın uzunmüddətli strateji planının hissəsidir”, halbuki Gürcüstan hələ də əlçatmaz Avropa inteqrasiyası yolunda dayanıb.

Zurabişvili cəmiyyəti dərhal Rustaveli prospektinə çıxaraq etiraz etməyə çağırıb və qeyd edib:

“Bu, artıq elə xəttdir ki, onun o tərəfində Gürcüstan Avropa yolunu tərk edərək Rusiyanın diktəsinə uyğun hərəkət edən ölkəyə çevrilir. Son bir ildə sürətlə qəbul edilən qanunların hamısı Rusiyanın planına xidmət edir və ölkəni rus modelinə keçirməyə hesablanıb.”

O, həmçinin bildirib ki, Rusiya Gürcüstanın təhsilli cəmiyyət olmasını heç vaxt istəməyib və son qanunvericilik dəyişikliklərində bunun izlərini görmək mümkündür:

“Bu vəziyyət faciəvidir. Biz yalnız bu gün küçəyə çıxaraq bir daha deməliyik ki, Gürcüstan heç vaxt Rusiya olmayacaq.”

Bizimlə əlaqə saxlayın