15 
Dek
2025
21:51
382

Azərbaycan prezidenti amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürüb

Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın dövlət informasiya agentliyi AZERTAC yayıb.

Məlumata görə, Azərbayacm prezidenti İlham Əliyev amnistiya təşəbbüsünü “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması ilə əlaqədar təqdim edib.

Bildirilib ki, amnistiya layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması məqsədilə həyata keçirilmiş döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, eləcə də Ermənistan Respublikasının mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi təxribatlar nəticəsində xəsarət alan şəxslər də amnistiyadan yararlana biləcəklər.

AZERTAC-ın məlumatında qeyd olunur ki, amnistiya qadınlara, 60 yaşına çatmış şəxslərə, həmçinin cinayət törədilən zaman yetkinlik yaşına çatmayanlara da şamil ediləcək.

Agentliyin yazdığına görə, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş amnistiya layihəsi ölkə tarixində ən genişmiqyaslı sənəddir və təxminən 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın