“Vahid Milli Hərəkat”ın üzvü Ana Citlidze “Gecə Kuryeri” verilişində 2008-ci ilin avqust müharibəsindən sonra Avropa Şurası tərəfindən qəbul edilən qətnamə ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, sözügedən qətnamə Gürcüstan üçün son dərəcə mühüm sənəd olub.
“Bu qətnamə faktiki olaraq Gürcüstan üçün çox vacib sənəd idi. Bu, Rusiyanın ilk dəfə beynəlxalq sənəddə sülhməramlı deyil, işğalçı kimi tanındığı sənəd idi. Üstəlik, həmin qətnamə qəbul edilən zaman Rusiya tərəfi onun əleyhinə çıxır və qəbuluna etiraz edirdi”, – deyə Ana Citlidze bildirib.
