18 
Dek
2025
14:58
663

Gürcüstanda qızıl və gümüşün qiymətləri açıqlanıb

Gürcüstanda qızılın qiyməti stabil səviyyədə qalmaqdadır.

InterPress.ge xəbər veri ki, hazırda Tbilisi Qızıl Birjasında 999 əyarlı qızılın 1 qramı 388 lariyə, 750 əyarlı qızılın 1 qramı 291 lariyə, 585 əyarlı qızılın 1 qramı isə 227 lariyə təklif olunur.

Gümüşün qiymətində isə cüzi artım müşahidə edilib. Belə ki, bu gün 800 əyarlı gümüşün 1 qramı 4,81 lari, 999 əyarlı gümüşün 1 qramı isə 6,01 lari təşkil edir.

Dünya birjalarına gəlincə, Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata əsasən, bir unsiya qızıl 4 327 ABŞ dollarına satılır ki, bu da əvvəlki günlə müqayisədə 0,33 faiz ucuzlaşma deməkdir. Gümüşün qiyməti isə 0,67 faiz azalıb və hazırda bir unsiya gümüş dünya bazarlarında 66,25 ABŞ dolları səviyyəsindədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər