19 
Dek
2025
16:41
206

Avropa Parlamenti Aİ-dən xaricdə abortların maliyyələşdirilməsi üçün vəsait ayırmağı tələb edir

“Euronews”un məlumatına görə, Avropa Parlamentinin deputatları Avropa İttifaqını öz ölkələrində təhlükəsiz və qanuni aborta çıxış imkanı olmayan qadınlara dəstək məqsədilə xüsusi həmrəylik mexanizmi yaratmağa çağıran qətnaməni təsdiqləyiblər.

Nəşrin yazdığına əsasən, Avropa Parlamenti hüquqi baxımdan məcburi olmayan qətnamə qəbul edib. Sənəd təhlükəsiz aborta çıxışı olmayan qadınların dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını nəzərdə tutur.

Çərşənbə günü avroparlamentarların səsverməsi ilə qəbul edilən bu maliyyə mexanizmi Avropa İttifaqına üzv ölkələrə, abortun milli qanunvericiliklə qadağan olunduğu hallarda, qadınların başqa Aİ ölkələrində hamiləliyin dayandırılması xidmətlərindən yararlanmasına şərait yaratmağa imkan verəcək. Qeyd olunur ki, bu məhdudiyyətlər hazırda Aİ-yə üzv bir sıra dövlətlərdə qüvvədədir.

Məlumata görə, mexanizmdə iştirak Avropa İttifaqının bütün üzv ölkələri üçün mümkün və könüllü olacaq, maliyyələşmə isə Avropa fondları hesabına həyata keçiriləcək. Üzv dövlətlər abort xidmətlərini öz milli qanunvericiliklərinə uyğun şəkildə təmin edəcəklər.

Qətnamədə vurğulanır ki, təşəbbüsün əsas məqsədi Avropada bir çox qadının təhlükəsiz və qanuni aborta çıxış imkanlarının olmaması probleminin həllinə töhfə verməkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər