19 
Dek
2025
18:32
253

Külli miqdarda narkotik vasitənin qanunsuz saxlanması faktı üzrə xarici ölkə vətəndaşına ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması faktı üzrə xarici ölkə vətəndaşına ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki,bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Qurumun bildirdiyinə görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda – 3,919 qram narkotik vasitə olan “kokain” (duz formasında) əldə edib və saxlayıb. Sözügedən narkotik maddə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülüb.

Məlumata əsasən, saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə (xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması) ittiham irəli sürülüb. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbs seçilib.

Bizimlə əlaqə saxlayın