Azerbaycandan Ermənistana idxal olunan AI-95 benzini bazar qiymətindən ucuz satılacaq
Azerbaycandan Ermənistana tədarük edilən premium sinif AI-95 benzini yerli bazarda mövcud qiymətlərdən xeyli aşağı satılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə yanacaq idxalı ilə məşğul olan Ermənistan şirkəti Mega Tradein direktoru Karen Airyan məlumat verib. Məlumatı Musavat.com və Vesti Baku yayıb.
Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycanda istehsal olunan AI-95 markalı benzin Ermənistanda bir litr üçün təxminən 1,10 ABŞ dolları qiymətinə satışa çıxarılacaq. Halbuki hazırda ölkə bazarında bu yanacağın orta qiyməti 1,30 ABŞ dolları civarındadır.
Məlumata əsasən, hazırda Azərbaycanın daxili bazarında AI-95 benzininin qiyməti bir litr üçün təxminən 0,94 ABŞ dolları təşkil edir.
Bildirilir ki, Mega Trade artıq 600 tona yaxın yanacaq alışı həyata keçirib. İdxal olunan benzin Ermənistanda Ran Oil yanacaqdoldurma məntəqələri şəbəkəsində satışa təqdim olunacaq.
Xatırladaq ki, dekabrın 18-də Azərbaycanından Ermənistana Gürcüstan ərazisindən tranzit keçməklə ümumilikdə 1 220 ton AI-95 markalı benzin göndərilib. Daşınma 22 dəmir yolu sisterni vasitəsilə həyata keçirilib. Sözügedən yanacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.


