İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.
Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.
